Pirotexniki vasitələr aşkar edilib

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan "Vaz 2106" markalı avtomobil ilə sərnişin qismində gələn Azərbaycan vətəndaşı gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual edilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, həmin şəxs üzərində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirsə də, baxış zamanı onun çantasında 60 ədəd "Mega Piratka" adlı pirotexniki vasitə və 2800 ədəd "Corset" adlı tütün məmulatları aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31