Partlayıcı oyuncaqlar və pirotexniki vasitələr götürülüb

Polis əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Polis əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir. DİN-dən "Olaylar"a bildirilib ki, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının dekabrın 17-də keçirdikləri reydlər zamanı "Sədərək" ticarət mərkəzindəki mağazalardan 4600 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31