Gürcüstandan külli miqdarda elektron siqaret gətirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana külli miqdarda elektron siqaretin gətirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən “Olaylar” verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E200" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Gürcüstandan Azərbaycana külli miqdarda elektron siqaretin gətirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən "Olaylar" verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E200" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən üzərində "Heets" yazısı olan 28 400 ədəd elektron siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31