“Bomba həyəcanı” yaradan həbs edilib
Dekabrın 12-də saat 18 radələrində “102”yə mobil telefonla zəng vuran şəxs 3 ədəd bomba qoyulması barədə məlumat verib.
13 Dekabr 2018 14:52 KriminalDekabrın 12-də saat 18 radələrində "102"yə mobil telefonla zəng vuran şəxs 3 ədəd bomba qoyulması barədə məlumat verib. DİN-dən "Olaylar"a bildirilib ki, məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb, lakin fakt təsdiqini tapmayıb. Polisə yalan məlumat verən şəxs - Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun ağır dərəcəli sərxoş vəziyyətdə olması da müəyyən edilib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31