Bakıda tikiş sexində partlayış - Yaralılar var
12 Dekabr 2018 18:32 KriminalHadisə zamanı 2 nəfər xəsarət alıb.
Bakının Qaradağ rayonunda ümumi sahəsi 67 kv.m olan, tikiş sexi kimi fəaliyyət göstərən birmərtəbəli 3 otaqlı tikilidə yanğınla nəticələnən partlayış baş verib.
Nəticədə 2 otağın yanar konstruksiyaları 37 kv.m sahədə yanıb.
Hadisə zamanı 2 nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
AzNews.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31