Qadınları fahişəliyə cəlb edən saxlanıldı
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 maddəsi ilə axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
11 Dekabr 2018 15:30 KriminalAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 maddəsi ilə axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. DİN Mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 243-cü (Fahişəliyə cəlb etmə) və 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə axtarışda olan N.Haşımova saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31