Aldığı maşının pulunu ödəməyən saxlanıb
7 Dekabr 2018 16:11 KriminalXəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini X.Xalıqov Orxan adlı şəxsin onu dələduzluq yolu ilə aldadaraq "Peugeot" markalı avtomobilini aldığını, pulunu isə ödəmədiyini bildirib. Bu haqda "Olaylar"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) cinayət işi başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini Orxan Şərəfxanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31