Masallıda DƏHŞƏTLİ QƏZA - Sürücü öldü
6 Dekabr 2018 23:25 KriminalMasallı rayonunda yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə rayonun Öncəqala kəndi ərazisində olub.
Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Müşviq Səməd oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı qaz xəttinə çırpılıb.
Hadisə nəticəsində ağır xəsarət alan M.Məmmədov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31