Qadının pulqabısını oğurlayan yaxalanıb

Oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-də paytaxt sakini olan bir qadının cibindən içərisində 106 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və soyğunçuluğa görə məhkum olunmuş Rafiq Hüseynov saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31