Azərbaycanda ağır yol qəzası - BİR AİLƏDƏN 4 NƏFƏR...
2 Dekabr 2018 17:46 KriminalSalyan şəhərində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"KİA" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri - 1961-ci il təvəllüdlü Cavadova Xanım Məmmədhüseyn qızı, 1992-ci il təvəllüdlü Cavadlı Cümşüd Siyasət qızı, 2018-ci il təvəllüdlü İsayev Ərtoğrul Vüqar oğlu və 1972-ci il təvəllüdlü Cavadova Məlahət Böyükağa qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.(Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31