Avtomobil qaçıran 3 yeniyetmə tutulub

Zərdab şəhəri ərazisindən qaçıran 3 yeniyetmə tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, noyabrın 29-da Zərdab şəhəri ərazisindən Çallı kənd sakini Ərzuman Aləşrəfova məxsus "Mercedes" markalı avtomobil qaçırılmışdır. Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakinləri olan 3 yeniyetmə avtomobillə birgə saxlanılmışlar. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31