Həmkəndlisini bıçaqla qətlə yetirdi
30 Noyabr 2018 17:27 KriminalŞəmkir rayonu ərazisində bıçaqlama hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, noyabrın 29-da Şəmkir rayonunun Qapanlı kəndi ərazisində kənd sakini Nurəddin Əsədoğlu münaqişə zəminində həmkəndliləri Eşqin Əmiraslanova və onun qardaşı İbrahimə bıçaqla xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş Eşqin ölmüş, İbrahimin vəziyyəti ağırdır. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Əsədoğlu saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31