Velosiped oğruları ələ keçiblər

Velosiped oğurlamış Bakı şəhər sakinləri Anar Şahbazov və Kənan Orucov saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da saat 1 radələrində evlərin birinin girişindən velosiped oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Anar Şahbazov və Kənan Orucov saxlanılıblar. Onların noyabrın 25-də daha 2 velosipedi oğurlamaları da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31