Külli miqdarda pirotexniki vasitələrin realizə edilməsinin qarşısı alınıb

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları qaçaqmalçılıq yolu ilə gətirilmiş mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən yaylım fişənglərinin, pirotexniki və tezalışan malların realizə edilməsinin qarşısını alıblar.

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları qaçaqmalçılıq yolu ilə gətirilmiş mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən yaylım fişənglərinin, pirotexniki və tezalışan malların realizə edilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, Baş idarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "İVECO OTOYOL" markalı yük avtomobili Bakı şəhəri Qaradağ rayonu ərazisində saxlanılıb. Nəqliyyat vasitəsinə baxış zamanı, ümumilikdə 150225 ədəd müxtəlif növ petarda və 512 ədəd yaylım fişəngi aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31