Bakı Dəniz Vağzalının yaxınlığında faciə: 2 nəfər xəstəxanaya yerləşdirildi
28 Noyabr 2018 13:41 KriminalBakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Neftçilər prospekti, Bakı Dəniz Vağzalının yaxınlığında qeydə alınıb. "Hundai" markalı 99-NU-793 dövlət nömrə nişanlı avtomobil yolu keçən iki piyadanı vurub.
Hadisə nəticəsində 2001-ci təvəllüdlü Nicat Rəsulov və 2003-cü il təvəllüdlü Elçin Muradov 1 saylı Kliniki Tibbi Mərkəzi xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, N.Rəsulov kəllə-beyin travması alıb hazırda vəziyyəti stabildir. Digər xəsarət alan şəxslə bağlı məlumat yoxdur. Qəza ilə bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31