Azərbaycanda ağır qəza: 4 yaşlı oğul öldü, ata yaralandı

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1973-cü il təvəllüdlü Ramiz Abdullayevin idarə etdiyi traktor "Ford" markalı 30-AA -194 dövlət qeydiyyatlı avtomobillə toqquşub.

Nəticədə traktor idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı traktorda olan sürcünün oğlu 2014-cü il təvəllüdlü Rasət Ramiz oğlu Abdullayev aldığı xəsarətlərdən yerindəcə ölüb. Traktorun sürücüsü isə ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31