Bakıda yaşayış evi partladı- Yaralanan var
27 Noyabr 2018 11:28 KriminalBakıda fərdi yaşayış evində partlayış olub.
Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.
Gecə saatlarında 2-ci Alatava qəsəbəsi, 2 saylı evdə qaz sızması nəticəsində partlayış baş verib.
Hadisə nəticəsində evdə kirayədə yaşayan Cəlilabad rayon sakinləri İsmayılov Yasər Xanhüseyn oğlu və İsmayılova Zəminə Yusif qızı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə nəticəsində evin dam örtüyü yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31