Gəmi ilə qaçaqmal çıxarmaq cəhdinin qarşısı alındı

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi və qaçaqmal­çılığa qarşı mübarizə sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi və qaçaqmal­çılığa qarşı mübarizə sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir. DSX-dən "Olaylar"a verilən məlumata görə, 2018-ci ilin 20 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin sər­həd nəzarəti orqanlarının gömrük əməkdaşları ilə birgə keçirdikləri tədbirlər nəticəsində Bakı-Türkmənbaşı reysi ilə "Bəxtiyar" gəmisində yola düşən Türkmənistan vətəndaşları - 1982-ci il təvəllüdlü Bullarov Qurhanmuhannedə məxsus "Ford-Tranzit" markalı BT-9388-AG dövlət nömrə nişanlı və 1990-cı il təvəllüdlü Kaderon Beglienə məxsus "Toyota" markalı BG-5081-AG dövlət nömrə nişanlı avtomobillərin salonlarında alkoqol və tütün məhsullarını qaçaqmal şəklində dövlət sərhədindən keçirmək cəhdlərinin qarşısı alınıb. Belə ki, avtomobillərin salonlarında 1524 qutu "Pall Mall", 490 qutu "Fine", 800 qutu "Wont", 10 qutu "Parlament" siqaretləri, 400 ədəd "Mascotte" markalı tütün doldurmaq üçün siqaretlər, 500 qram tütün, 8 ədəd 2,5 litrlik "Georgian ԝine", 10 ədəd 0,5 litrlik "Rkatsiteli" markalı çaxır, 6 ədəd 1 litrlik adsız suvenir çaxırlar aşkar olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31