Avtomobili qaçırıb ağaca çırpdı
22 Noyabr 2018 18:29 KriminalŞəki şəhərində avtomobil oğurluğy qeydə alınıb. DİN-dən "Olaylar2a verilən məlumata görə, noyabrın 21-də Şəki şəhəri ərazisindən Çələbixan qəsəbə sakini Taleh Hüseynova məxsus "Mercedes" markalı avtomobil qaçırılıb. Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla nəqliyyat vasitəsinin şəhər sakini Təbriz Eyvazov tərəfindən qaçırılması və idarə edərkən onu yol kənarındakı ağaca vurması müəyyən edilib. T.Eyvazov xəstəxanaya yerləşdirilib. ŞRPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31