“Daewoo”markalı avtobus avtomobilə çırpılıb - ölən var

Nəsimi rayonunun Cavadxan küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəsimi rayonunun Cavadxan küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, noyabrın 17-də saat 21 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Əbdürəhman Ərəbov idarə etdiyi "Daewoo" markalı 170 saylı xətt avtobusunu qarşıdakı işıqforda dayanmış 3 avtomobilə vurub. Xəstəxanaya yerləşdirilmiş avtobusun sürücüsü noyabrın 18-də orada ölüb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31