Qəbələdə avtoqəza ölümlə nəticələnib

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, noyabrın 15-də saat 1 radələrində Qəbələ şəhəri ərazisində Zarağan kənd sakini Rafiq Məmmədov idarə etdiyi "Toyota Prado" markalı avomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sərnişini, Qəbələ şəhər sakini Teymur Musayev hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31