Paytaxtda fəaliyyət göstərən mağazaların birindən oğurluq etmiş şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, noyabrın 13-də Səbail rayonu ərazisindəki mağazaların birindən samovar oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Əliyev oranın işçiləri tərəfindən saxlanılaraq 9-cu Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31