Şəkidə çörək sexi yanıb

Şəki şəhəri ərazisində çörək sexi yanıb. FHN-dən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 450 m² olan tikilinin (çörək sexi kimi fəaliyyət göstərir) taxtadan ibarət tavanı 2 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31