Göyçay sakinin evində narkotik aşkarlanıb

Göyçay  Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumatda bildirilib. RPŞ  əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində  şübhəli şəxs qismində saxlanılan Göyçay şəhər sakini Elşad Həzrətquliyevdən şəxsi axtarış zamanı 3,86 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan isə 455 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.Faktla bağlı RPŞ-də cinayət işi başlanılıb,  araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31