Paytaxtda quldurluq edən şəxs saxlanıb
13 Noyabr 2018 17:39 KriminalQuldurluq etməkdə şübhəli bilinənən Biləsuvar rayon sakini saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, noyabrın 11-də Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Masallı rayon sakini Rahib Qənbərova bıçaqla xəsarət yetirib 170 manatını almışdır. R.Qənbərova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlərdən Biləsuvar rayon sakini Vüqar Həsənov saxlanılıb, digərinin isə şəxsiyyəti müəyyən edilib. Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31