Oğrular “iş başında” yaxalanıblar

41 ədəd rels bərkidicisi və 35 ədəd rels altlığını oğurlamağa cəhd göstərən Masallı rayon sakinləri saxlanılıblar. DİN-dən "Olaylar"a bildirilib ki, noyabrın 12-də Masallı dəmiryolu stansiyasının ərazisindən 41 ədəd rels bərkidicisi və 35 ədəd rels altlığını oğurlamağa cəhd göstərən rayon sakinləri Səfail Şahbazov və Qəhrəman Qurbanov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31