4 evdən su sayğacı oğurlayan tutulub

Suraxanı rayonu ərazisindəki evlərdən su sayğacları oğurlayan şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki 4 evə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əli Qarayev saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31