Qadının pulqabısını oğurlayan yaxalanıb
12 Noyabr 2018 18:00 KriminalPaytaxtda oğurluqla məşğul olan şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Gülnarə Novruzovanın ətrafında Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu il aprelin 9-da paytaxt sakini olan bir qadının içərisində 115 manat və 50 ABŞ dolları, habelə qızıl üzük və bankomat kartları olan pul kisəsini oğurlaması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31