Məhbusa sovqatın içində heroin ötürmək istədi
12 Noyabr 2018 15:56 KriminalPenitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən 13 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Abbasov Rabil Qədir oğluna qohumu Tərtər rayon sakini Süleymanov Rinat Məhərrəm oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan şalvarın cibində gizlədilmiş sellofan bükülüdə çəkisi 0,208 qram heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31