Piyadanı vurub aradan çıxan sürücü saxlanıb

Bakı şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, Suraxanı rayonunda ərazisində 40-45 yaşlı kişini vuran sürücü aradan çıxıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Bakı şəhər BPİ və  Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 8-də  40-45 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək oradan yayınmış "Ford Transit" markalı avtomobilin sürücüsü Hövsan qəsəbə sakini Ağasadiq Hacıyev müəyyən edilərək saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31