Bakı sakini “KamAz”ın altında qaldı

Bakıda təmir işləri zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçilərindən biri vəfat edib.

Bakıda təmir işləri zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçilərindən biri vəfat edib.

"Olaylar" DİN-ə istinadən xəbər verir ki, noyabrın 7-də saat 16 radələrində Xətai rayonu ərazisində 10-cu Zavod dairəsində yolun hərəkət hissəsinin təmiri zamanı Göygöl rayon sakini Natiq Bayramov "KamAZ" markalı avtomobili  arxaya sürərkən orada fəhlə işləyən Bakı şəhər sakini Arif Hüseynovu vurub və nəticədə o, hadisə yerində ölüb. Xətai RPİ tərəfindən araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31