Avtomobil oğruları yaxalanıblar
7 Noyabr 2018 18:07 KriminalŞamaxı rayonunda avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-nə keçən gecə Şəhriyar qəsəbəsi ərazisindən Elşad Mehrəliyevə məxsus "VAZ-2106" markalı avtomobili qaçırmaqda şübhəli bilinən qəsəbə sakinləri Şəhruz Eyvazzadə və əvvəllər məhkum olunmuş Məhəmməd Quliyev saxlanılıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31