Qadının pulqabısını alan şəxs saxlanıb
7 Noyabr 2018 18:04 KriminalPaytaxt sakini olan bir qadının pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən oktyabrın 31-də paytaxt sakini olan bir qadının içərisində 650 manat və sənəd olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Şəhriyar Hüseynov saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31