Külli miqdarda narkotik götürülüb
6 Noyabr 2018 18:30 KriminalPolis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini Ramin Məmmədovdan çəkisi 3 kiloqram 15 qram marixuana aşkar edilərək götürülüb.
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Hüseynovdan 470 qram marixuana götürülüb. Faktlarla bağlı araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31