Vətəndaşa zor tətbiq edib 100 manatını alanlar ələ keçiblər
5 Noyabr 2018 17:10 KriminalNəsimi rayonu ərazisində Qazax rayon sakini E.Mehdiyevə zor tətbiq edib pulunu almaqda şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, noyabrın 3-də Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Qazax rayon sakini Elşən Mehdiyevə zor tətbiq edib 100 manatını alıb. Nəsimi RPİ 19-cu PŞ və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ucar rayon sakini Ayaz Həsənquliyev və Ağdam rayon sakini Hüseyn Ramazanov saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31