Qəsdən yanğın törədən şəxs tutulub

Şəki şəhər sakini M.Babayevə məxsus yardımçı təsərrüfatı və oradakı ot kipləri yandırılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 3-də şəhər sakini M.Babayevə məxsus yardımçı təsərrüfatı və oraya yığılmış 150 ədəd ot kipini yandırmaqda şübhəli bilinən Köndələn kənd sakini Amil Əhmədov saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31