Bakıda cibgir saxlanıb
5 Noyabr 2018 17:03 KriminalXətai rayonu ərazisindəki yarmarkada Bakı şəhər sakini Ə.Quliyevanın cibindən pulqabısını oğurlamaqda şübhəli bilinən E.Qurbanov saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, noyabrın 4-də Xətai rayonu ərazisindəki yarmarkada Bakı şəhər sakini Ə.Quliyevanın cibindən içərisində 50 manat və açar olan pulqabısı oğurlanıb. Xətai RPİ 34-cü PŞ və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Qurbanov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün rayon ərazisində xətt avtobusunda Bakı şəhər sakini E.Abdullayevanın cibindən mobil telefonunu oğurlaması da müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31