Sumqayıtda yataqxanada yanğın baş verib

Sumqayıtda yataqxanada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində istifadəyə yararsız məişət əşyaları 10 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31