10 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı
2 Noyabr 2018 18:14 KriminalPolis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 10 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Şabanov saxlanılıb. Ondan çəkisi 8 kiloqram 200 qram olan marixuana götürülüb.
Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə Bakı şəhər sakini Eldəniz Əhmədovdan çəkisi 2 kiloqramdan artıq marixuana götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31