Yevlaxda 3 otaqlı ev yanıb

Yevlax rayonunun Gülövşə kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə  ümumi sahəsi 105 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31