Avtobus yolu keçən kişini vurub öldürdü
1 Noyabr 2018 17:57 KriminalQaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oktyabrın 31-də saat 6 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini Namiq Məmmədov idarə etdiyi "Daewoo" markalı 130 saylı xətt avtobusla yolu keçən 25-30 yaşlı kişini vurmuş və nəticədə həmin şəxs hadisə yerində ölmüşdür. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31