Siqaret filtrinin içərisindən metamfetamin çıxdı
1 Noyabr 2018 15:39 KriminalCənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə daxil olan məlumat əsasında, İrandan qayıdan Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, vətəndaşın əl yükü yoxlanılan zaman ona məxsus "Magna" markalı siqaret qutusunda 12 ədəd siqaret filtrinin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi çəkisi 5.6 qram olan əzilmiş, açıq qəhvəyi, toz halında narkotik maddə - metamfetamin aşkarlanıb. Faktla bağla araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31