108 minlik mənimsəmədə ittiham edilən qadın hakim qarşısında
1 Noyabr 2018 11:49 Kriminal108 min manatlıq mənimsəmədə ittiham edilən qadın hakim qarşısına çıxarılır. O, ev dustaqlığındadır.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Əfsanə Rəhmanovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 7-nə təyin edilib.
İttiham aktına əsasən, Ə.Rəhmanova "Modern" mebel şirkətində satış meneceri işləyərkən oranın 108 min manat pulunu mənimsəyib.
Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə Ə.Rəhmanovanın barəsində həbs qətimkan tədbiri seçilməyib.
İstintaq dövründə hamilə olan Ə.Rəhimova ev dustaqlığındadır.