Qazaxda ağır qəza: 1 ölü, 2 yaralı
31 Oktyabr 2018 13:25 KriminalQazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Daş Salahlı kəndi ərazisində rayon sakinləri Hidayət Osmanovun və İsrayıl Rzayevin idarə etdikləri iki "VAZ" markalı avtomobil toqquşub.
Nəticədə hər iki sürücü və H.Osmanovun sərnişini olan qızı xəstəxanaya yerləşdirilib, H.Osmanov orada ölüb.
Faktla bağlı Qazax rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31