Keçmiş məhkumlardan ibarət dəstə zərəsiləşdirilib

Oğurluqda şübhəli bilinən dəstə zərərsizləşdirilib. DİN-dən "Olaylar"a verilən məlumata görə,  DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 22-də rayon ərazisindəki evlərin birindən noutbuk, samovar və geyim əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Zərdab rayon sakini Valeh Həsənov və Kəlbəcər rayon sakini Samir Orucov saxlanılıb. S.Orucovun ətrafında aparılmış tədbirlərlə onun oktyabrın 20-dən 28-dək olan müddtədə  daha 3 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31