Balakən rayonunun Talalar kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 72 m2 olan birmərtəbəli iki otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31