Qoyun oğrusu ələ keçib

Bakının Suraxanı rayonunda xərdabaşlı heyvan oğörluğu ilə məşğul olan şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Muradovun həyətyanı sahəsindən 25 baş qoyun oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü Rəhman Məhərrəmov saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31