Avtomobil yolu keçən azyaşlını vurub öldürdü

Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oktyabrın 28-də saat 13 radələrində Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində Abbaslı kənd sakini İbrahim Bədirov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən qəsəbə sakini, azyaşlı Zəhra Həsənovanı vurmuş və nətəcədə uşaq hadisə yerində ölmüşdür. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31