Gömrükdən gizli yolla siqaret keçirmək cəhdinin qarşısı alınıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi "VAZ 21074" markalı avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin sağ və sol qanadlarının içində və panelində 5600 ədəd "King" markalı siqaret aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31