Masallı sakinindən heroin götürülüb
26 Oktyabr 2018 18:32 KriminalMasallı rayon sakinindən narkotik vasitə götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İsdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini İsmət Babayevin idarə etdiyi "Toyota" markalı avtomobil şəhər ərazisində nəzarət qaydasında saxlanılıb. Şəxsi axtarış zamanı sərnişin, Masallı rayon sakini İltimas Əliyevin üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Araşdırmalar zamanı İ.Əliyevin həmin narkotiki Masallı rayonu ərazisində tanımadığı İran vətəndaşından aldığı və İ.Babayevlə birgə satmaq məqsədilə Sumqayıt şəhərinə gəldikləri müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31